Gəncə Avtomobil Zavodunun işçiləri təltif edilib

Gəncə Avtomobil Zavodunun işçiləri təltif edilib Prezident İlham Əliyev bununla bağlı sərəncamlar imzalayıb
Sənaye
21 Noyabr , 2014 19:09
Gəncə Avtomobil Zavodunun işçiləri təltif edilib
Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Gəncə Avtomobil Zavodu işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. "Report"un məlumatına görə, sərəncama əsasən, Gəncə Avtomobil Zavodunun işə salınmasının 10 illiyi ilə əlaqədar olaraq, səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər: 

Məmmədov Həmzə Hüseyn oğlu

Məmmədov Vahid Firuddin oğlu

Muradov Zahid Bəhrəm oğlu.

Dövlət başçısının digər sərəncamı ilə Gəncə Avtomobil Zavodunun işə salınmasının 10 illiyi ilə əlaqədar olaraq, səmərəli fəaliyyətinə görə Fəxrəddin Muradəli oğlu Süleymanova “Əməkdar mühəndis” fəxri adı verilib.

Son xəbərlər

Orphus sistemi