Yuxarı

Şahin Mustafayev: "Azərbaycan və İran Araz çayının çirkləndirilməsinin qarşısının alınması istiqamətində tədbirlər görməlidir"

​Ermənistandakı sənaye müəssisələri Araz çayını çirkləndirir
© Report/ Firi Salim — İqtisadiyyat naziri Şahin Mustafayev

"Ermənistandakı sənaye müəssisələri tərəfindən Araz çayının çirkləndirilməsinin qarşısının alınması istiqamətində Azərbaycanİran tərəfindən birgə tədbirlərin görülməsi vacib məsələrdən biridir".

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev bu gün Bakıda keçirilən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 13-cü iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanla İran arasında ekologiya və meliorasiya sahəsində əməkdaşlığı genişləndirmək üçün böyük potensial mövcuddur. “Araz sərhəd çayının su və energetika ehtiyatlarından birgə istifadə edilməsi” üzrə birgə komissiya fəaliyyət göstərir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi