Elşad Məmmədov: “Qarabağın azadlığı regional inkişafa şərait yaratmalıdır”

Elşad Məmmədov: “Qarabağın azadlığı regional inkişafa şərait yaratmalıdır” “İşğaldan azad edilmiş ərazilərin Azərbaycan iqtisadiyyatına inteqrasiyası ölkədə investisiya qoyuluşuna təkan verməlidir. Bu baxımdan Azərbaycanın investisiya potensialı hazırkindən dəfələrlə çoxdur və işğalın bitməsi müsbət dəyişikliklərə səbəb olmalıdı
Sənaye
415
27 Noyabr , 2020 15:31
Elşad Məmmədov: “Qarabağın azadlığı regional inkişafa şərait yaratmalıdır”
Elşad Məmmədov

“İşğaldan azad edilmiş ərazilərin Azərbaycan iqtisadiyyatına inteqrasiyası ölkədə investisiya qoyuluşuna təkan verməlidir. Bu baxımdan Azərbaycanın investisiya potensialı hazırkından dəfələrlə çoxdur və işğalın bitməsi müsbət dəyişikliklərə səbəb olmalıdır”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı-ekspert Elşad Məmmədov deyib.

Onun sözlərinə görə, KəlbəcərZəngilan təbii ehtiyatlar baxımından xüsusi əhəmiyyətə malikdirlər: “Bu rayonlarda çox zəngin qızıl yataqları var. Odur ki, bölgədə mədən sənayesinin inkişaf perspektivləri böyükdür. Amma iqtisadi inkişaf təkcə hasilat sənayesi ilə deyil, həm də emal sənayesi ilə bağlı olmalıdır və bütövlükdə Azərbaycan iqtisadiyyatının tarazlığına xidmət etməlidir. Yəni biz oradakı təbii resursların təkcə hasil edilib ixrac edilməsi deyil, həm də qızıl və digər qiymətli metalların Azərbaycanın daxilində emal edilib hazır məhsul şəklində daxili və xarici bazarlara çıxarılması məsələsini həll etməliyik. Bizim üçün olduqca mühümdür ki, ölkəmizdə mövcud olan təbii zəngin resurslar daha çox emal olunsun".

Bundan başqa, E.Məmmədov bildirib ki, Qarabağ münaqişəsinin həll edilməsi çərçivəsində kommunikasiyaların açılması, o cümlədən dəmir yolu xətlərinin bəpra edilməsi nəzərdə tutulur ki, bütün bunlar da nəinki Azərbaycanda, ümumilikdə regionda iqtisadi inkişafa şərait yaratmalıdır: "Yəni Qarabağın azadlığı nəinki bu bölgə və ölkəmiz, bütövlükdə region üçün faydalı olmalıdır”.

Qeyd edək ki, Kəlbəcər rayonu ərazisi zəngin faydalı qazıntılarla, o cümlədən qızıl, gümüş, mis, xrom civə, tellur, selen və s. kimi yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli Söyüdlü, Ağduzdağ və Qızılbulaq qızıl, Şorbulaq və Ağyataq civə və Mehmana polimetal yataqları xüsusilə əhəmiyyətlidir. Rayon ərazisində böyük ehtiyatlara malik əlvan və üzlük daşlar, inşaat materialları yataqları mövcuddur.

Kəlbəcərin Söyüdlü – Zod qızıl yatağı qədim tarixə malikdir. Söyüdlü sahəsində 1970-80-ci illərdə aparılan geoloji kəşfiyyat işləri vaxtı qədim dağ qazmaları, mağaralar, quyular, qədim süxur çöküntüləri və qədim filiz qırıntılarından ibarət ayrı-ayrı təpəciklər və qızıl istehsal edən alətlər onu sübut edir ki, insanlar 4-5 min il əvvəl buralarda qızıl istehsal ediblər. Zar kəndi isə tarixdə “Şəhrizər”, yəni “qızıl şəhəri” adı ilə məşhur olub.

İşğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqlarını uzun illər Ermənistan talan edib.

Kəlbəcər rayonu ərazisində yerləşən İstisu və Tutqun termal-mineral suları əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. İstisu bulağı üstündə 80-ci illərdə iri kurort-sanatoriyalar və mineral sudoldurma zavodu tikilib. Zavod sutkada 800 min litr su istehsal edirdi. İstisu sanatoriyalarında hər il xeyli sayda insan müalicə olunur və istirahət edirdi.

Kəlbəcər rayonu üzrə mineral xammal ehtiyatları haqqında məlumat

S/s

Yataqların adı

Yatağın növü

Təsdiq edilmiş ehtiyatı

1.

Kilsəli

mişar daşı

10 927 min m3

2.

Keşdək

gil

1 312 min m3

3.

Keçəldağ I

sement xammalı

4 473 min m3

4.

Çaplı

qum-çınqıl

2 540 min m3

5.

Keçəldağ

əlvan daş

2 337,6 ton

6.

Levçay

civə

Filiz - 152 min ton

Hg - 503 ton

7.

Ağyataq

civə

Filiz - 28 min ton

Hg - 190 ton

8.

Söyüdlü (Zod)

qızıl-sulfid

Filiz - 8 767,9 min ton

Au - 112,5 ton

Ag - 190,33 ton

Se - 248,89 ton

Te - 45,82 ton

9.

Tutqun yatağı, Mozçay sahəsi

mineral su

150 m3/gün

10.

Tutqun yatağı, Qarasu sahəsi

mineral su

700 m3/gün

11.

Tutqun yatağı, Qoturlu sahəsi

mineral su

70 m3/gün

12.

Tutqun yatağı, Tutqun sahəsi

mineral su

600 m3/gün

13.

İstisu yatağı, yuxarı istisu sahəsi (balneoloji)

mineral su

825 m3/gün

14.

İstisu yatağı, aşağı istisu sahəsi (balneoloji)

mineral su

640 m3/gün

15.

İstisu yatağı Geşdək sahəsi (balneoloji)

mineral su

108 m3/gün

16.

Söyüdlüçay

üzlük daşı

1822 min m3

17.

Pirağqaya

üzlük daşı

78,75 min m3

18.

Yanşaq

üzlük daşı

288,75 min m3

19.

Levçay I

tikinti daşı

8438 min m3

20.

Cəmilli (Pelitomorf)

tikinti daşı

3900 min m3

21.

Qışlaq I

tikinti daşı

90 min m3

22.

ABŞullauşağı

əlvan daş

34 ton

23.

Zülfüqarlı

əlvan daş

427 ton

24.

Qılınclı

əlvan daş

1,1 min m3

25.

Lev

əlvan daş

248 ton

26.

Tərtər I

əlvan daş

750 ton

27.

Konqur

əlvan daş

555 ton

28.

Kilsəli I

əlvan daş

538 ton

29.

Qamışlı

civə

Filiz - 30 min ton

Hg - 45 ton

30.

Şorbulaq

civə

Filiz -63 528 ton

Hg - 228 ton

31.

Çıldıran

əlvan daş

1094,6 ton

32.

Mehmana

polimetal

Filiz - 571 min ton

Pb - 37,3 min ton

Zn - 40,4 min ton

Ag - 29,2 ton

Cd - 211,2 ton

33.

Qızılbulaq

qızıl-mis-kolçed

Filiz - 3 466 min ton

Au - 13,7 ton

Ag - 18,9 ton

Cu - 47,9 min ton

S - 2 74,4 min ton

Se - 18,03 ton

Te - 0,85 ton

34.

Ağdüzdağ

qızıl nəcib metallar

17.5 ton

Son xəbərlər

Orphus sistemi