Dövlət Statistika Komitəsi: ​Azərbaycanın sənaye sektorunda istehsal 1,7% azalıb

Dövlət Statistika Komitəsi: ​Azərbaycanın sənaye sektorunda istehsal 1,7% azalıb Bakı. 15 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Azərbaycanın sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki ...
Sənaye
15 Avqust , 2014 17:47
Dövlət Statistika Komitəsi: ​Azərbaycanın sənaye sektorunda istehsal 1,7% azalıb
Bakı. 15 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Azərbaycanın sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 19,8 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7% az sənaye məhsulu istehsal olunub. Bu barədə “Report”a Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məhsulun 14,4 mlrd. manatı və ya 72,5%-i mədənçıxarma bölməsində istehsal olunub, 24,9 mln. ton neft və 10,8 mlrd. kubmetr əmtəəlik qaz hasil edilib.

Sənayenin emal bölməsində 4,3 mlrd. manatlıq sənaye məhsulu istehsal olunub. Bölmədə qida məhsulları istehsalı 3,1%, tütün məmulatları istehsalı 71,9%, geyim istehsalı 42,9%, hazır metal məmulatların istehsalı 14,4%, tikinti materiallarının istehsalı 22,6%, elektrik avadanlıqları istehsalı 17,1%, avtomobil və qoşquların istehsalı 66,2%, sair nəqliyyat vasitələri istehsalı 3,4 dəfə, mebel istehsalı 13,4%, zərgərlik, musiqi, idman və tibb avadanlıqları istehsalı 62,5%, maşın və avadanlıqların quraşdırılması və təmiri 20,6% artıb. Qeyri-neft emal sənayesində 2,8 mlrd. manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 3,3% çox sənaye məhsulu istehsal olunub.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində sənaye məhsullarının 5,3%-i və ya 1 051,9 mln. manat istehsal olunub. İstehsal olunmuş 12,5 mlrd. kVt/saat elektrik enerjisi əvvəlki ilin 7 ayının səviyyəsini 3,5% üstələyib.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 2,9% artıb.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,4% artıb, neft-qaz sektorunda isə 2,7% azalıb. 

Son xəbərlər

Orphus sistemi