Bakıda dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair təlim keçirilib

Bakıda dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair təlim keçirilib Korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi ilə bağlı 8 mövzu üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur
Sənaye
11 Fevral , 2015 17:53
Bakıda dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair təlim keçirilib

Bakı. 11 fevral. REPORT.AZ/ Bu gün İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi ilə bağlı “Korporativ idarəetməyə giriş. Korporativ idarəetmə anlayışı. Dövlət müəssisələrinin spesifikliyi” mövzusunda seminar keçirilib. “Report” İqtisadiyyat və Sənaye Nazirlyiinə istinadən xəbər verir ki, beynəlxalq təcrübə əsasında hazırlanan korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqinə nail olmaq məqsədilə keçirilən tədbirdə 20-dən çox dövlət müəssisəsinin nümayəndəsi iştirak edib.

Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov Azərbaycanda Korporativ İdarəetmə Standartlarının qəbul edilməsi və əhəmiyyəti, şirkətlərdə korporativ idarəetmənin vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə nazirlik tərəfindən təsdiq edilən “Təsərrüfat cəmiyyətlərində korporativ idarəetmənin qiymətləndirilməsi üzrə Metodologiya”, Korporativ Etika Məcəlləsi barədə təlim iştirakçılarına məlumat verib, şirkətlərdə qabaqcıl korporativ idarəetmə prinsiplərinin tətbiqinin onların rəqabət qabiliyyətinin yüksəldilməsində, investorlar üçün cəlbediciliyin artırılmasında və rentabelli fəaliyyət göstərməsində əhəmiyyətli rol oynayacağını vurğulayıb.

Sonra Nazirliyinin korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə korporativ idarəetmənin mahiyyəti, dövlət müəssisələrində korporativ idarəetmənin tətbiqinin xüsusiyyətləri, eləcə də korporativ idarəetmənin dövlət müəssisələrinin rəqabət qabiliyyətinin artırılması, etibarlı hesabatlılıq sisteminin formalaşdırılmasında rolu barədə danışıb.

Ümumiyyətlə, korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqiilə bağlı 8 mövzu üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi