Dövlət başçısı: "İqtisadiyyat 14 il ərzində 3,2 dəfə artmışdır"

Dövlət başçısı: "İqtisadiyyat 14 il ərzində 3,2 dəfə artmışdır" "Hesab edirəm ki, bu, dünya miqyasında rekord göstəricidir"
Sənaye
29 Yanvar , 2018 18:46
Dövlət başçısı: İqtisadiyyat 14 il ərzində 3,2 dəfə artmışdır

Bakı. 29 yanvar. REPORT.AZ/ "İqtisadiyyat 14 il ərzində 3,2 dəfə artmışdır".

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 29-da Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda giriş nitqində deyib.

"On dörd il ərzində iqtisadi göstəricilərimiz də ümumi inkişafımızın uğurlu dinamikasını əyani şəkildə göstərir. İqtisadiyyat 14 il ərzində 3,2 dəfə artmışdır. Hesab edirəm ki, bu, dünya miqyasında rekord göstəricidir. Qeyri-neft iqtisadiyyatımız isə 2,8 dəfə artmışdır. Bu, onu göstərir ki, bizim iqtisadi inkişafımız, sadəcə olaraq, neftin, qazın istehsalı ilə bağlı deyil. Bizim iqtisadi inkişafımız çoxşaxəlidir. Ona görə qeyri-neft sektorunun 2,8 dəfə artması aparılan islahatların nəticəsidir. Sənaye sahəsində 2,6 dəfə artım var, kənd təsərrüfatında 1,7 dəfə. Qeyri-neft ixracımız 4,1 dəfə artmışdır", - dövlət başçısı qeyd edib.

Son xəbərlər

Orphus sistemi