Direktor: "Beynəlxalq fitonəzarət sistemindəki qaydalar sərtləşdiriləcək"

Direktor: "Beynəlxalq fitonəzarət sistemindəki qaydalar sərtləşdiriləcək" Tbilisidə Beynəlxalq Bitki Konvensiyası üzrə Mərkəzi Avropa və Mərkəzi Asiya, Cənubi Qafqaz ölkələri üçün beynəlxalq seminar keçirilir
Sənaye
5 Sentyabr , 2017 16:14
Direktor: Beynəlxalq fitonəzarət sistemindəki qaydalar sərtləşdiriləcək
Report.az

Tbilisi. 5 sentyabr. REPORT.AZ/ Tbilisidə Beynəlxalq Bitki Konvensiyası üzrə Mərkəzi Avropa və Mərkəzi Asiya, Cənubi Qafqaz ölkələri üçün beynəlxalq seminar keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, seminarda əsasən bitkilər və onların daşınması ilə əlaqədar fitosanitar nəzarətin gücləndirilməsi, daşınma qaydalarının daha da təkmilləşdirilməsi və bununla bağlı məlumat bazalarının yaradılması məsələləri müzakirə olunur.

Əsas məqsəd, bitkilərin daşınması zamanı baş verə biləcək təhlükələrin, risklərin qarşısını almaq və qeyri-qanuni daşınmalara qarşı mübarizəni gücləndirməkdir.

20 ölkənin, o cümlədən, Azərbaycanın müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi seminarda qəbul olunacaq standart layihələr geniş müzakirə olunub. Sonda qəbul olunacaq sənədlər üzv və iştirakçı ölkələrə göndəriləcək.

Azərbaycanın Karantin Ekspertiza Mərkəzinin direktoru Taleh Şəmiyev jurnalistlərə açıqlamasında deyib ki, müzakirə olunan layihələr bitki mühafizəsinin müxtəlif aspektlərini əhatə edir.

Onun sözlərinə görə, üç gün davam edəcək seminarda əsasən 3 standart layihə müzakirə olunacaq. Birinci layihə kəsilmiş güllərin və çiçəklərin daşınmasını və beynəlxalq dövriyyəsini əhatə edir. Layihədə gül və çiçəklərin beynəlxalq daşınması zamanı onlara hansı ölkədə hansı standart tələblərin qoyulması, həyata keçirilməsi qaydaları, fitosanitar risklər və s məsələlər nəzərdə tutulur.

İkinci layihə isə zərərsizləşdirilmə üçün istifadə olunan fumiqasiya və onların istifadə qaydalarını müəyyən edir. Üçüncü layihədə isə fitosanitar sahədə istifadə olunan beynəlxalq terminlər və onların anlayışları verilib.

Bildirilib ki, bu layihələrin qəbulu bir sıra ziyanlı bitkilərin daşınması yolu ilə yayıla biləcək xəstəliklərin də yayılmasının qarşısının alınmasında mühüm rol oynayacaq.

Son xəbərlər

Orphus sistemi