​“Daşkəsən Filizsaflaşdırma” ASC-nin sədri vəzifəsindən azad edilib

​“Daşkəsən Filizsaflaşdırma” ASC-nin sədri vəzifəsindən azad edilib Ələddin Sadıqovu Fərid Əsədov əvəz edəcək
Sənaye
12 Avqust , 2016 22:33
​“Daşkəsən Filizsaflaşdırma” ASC-nin sədri vəzifəsindən azad edilib

Daşkəsən. 12 avqust. REPORT.AZ/ “Daşkəsən Filizsaflaşdırma” ASC-nin idarə heyətinin sədri Ələddin Sadıqov 10 ildən çoxdur tutduğu vəzifədən azad edilib.

“Report”un Qərb bürosunun məlumatına görə, özəlləşdirilməyə çıxarılan və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilən “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətininin özəlləşdirilməsi dövrü başa çatanadək idarə heyətinə "Yeni Həyat" şirkətlər qrupunun idarə heyətinin sədri vəzifəsində çalışmış Fərid Əsədov sədrlik edəcək.

Qeyd edək ki, 13 iyul 2016-cı il tarixində prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Azərbaycanda aparılan iqtisadi islahatların sürətləndirilməsi, ölkənin metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi məqsədi ilə “Daşkəsən Filizsaflaşdırma” ASC Azərbaycan Polad İstehsalı Kompleksinin tərkibindən çıxarılaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilərək özəlləşdirməyə açıq elan edilib. 

Son xəbərlər

Orphus sistemi