Danimarka şirkəti Azərbaycanda hind quşu fabriki açmağı planlaşdırır

Danimarka şirkəti Azərbaycanda hind quşu fabriki açmağı planlaşdırır Fabrikin İsmayıllı rayonunda açılması nəzərdə tutulub
Sənaye
26 Mart , 2017 13:49
Danimarka şirkəti Azərbaycanda hind quşu fabriki açmağı planlaşdırır

Bakı. 26 mart. REPORT.AZ/ Danimarka şirkətləri Azərbaycana müasir texnologiya gətirirməyi və azərbaycanlı tərəfdaşlarla birgə İsmayıllı rayonunda hind quşu fabriki açmağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə martın 26-da etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən Danimarkanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Svend Ollinq məlumat verib.

Danimarka şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyətinə toxunan səfir ölkəsini təmsil edən şirkətin Azərbaycanın neft sektoruna sərmayə qoyduğunu, “Carlsberg” şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyini vurğulayaraq hazırda ölkəmizin qida sənayesinə investor cəlb etdiklərini bildirib.

Ölkələrimiz arasında ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı müqavilənin imzalanacağını da bildirən danimarkalı diplomat əlaqələrimizin genişləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi