Yuxarı

Çində “SOCAR GPC” layihəsi üzrə xidmət müqaviləsi imzalanıb

Çində “SOCAR GPC” layihəsi üzrə xidmət müqaviləsi imzalanıb 575
Bu gündən etibarən bu müqaviləyə əsasən xidmətlərin göstərilməsinə başlanacaq

Bakı. 15 may. REPORT.AZ/ Bu gün Pekində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Çin Milli Neft Korporasiyası (CNPC) və “Technip” şirkətləri arasında Bakı şəhərinin Qaradağ rayonunda qaz emalı və polimer istehsalı zavodunun inşasını nəzərdə tutan “SOCAR GPC” layihəsinə dair “Qaz Emalı Zavodu və Polietilen Neft-Kimya Kompleksi ilə əlaqədar İlkin Detallı Layihələndirmə” üzrə xidmət müqaviləsi imzalanıb.

“Report”un məlumatına görə, imzalanma dünən işə başlayan “Bir kəmər - bir yol” beynəlxalq forumu çərçivəsində baş tutub.

Bu müqavilə “SOCAR GPC” layihəsi üçün İlkin Detallı Layihələndirmə işlərinin icrası istiqamətində HQC (CNPC şirkətinin törəməsi) və “Technip Italy” şirkətlərinin göstərəcəyi xidmətləri tənzimləyəcək. Müqavilənin imzalanma mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev və CNPC-nin sədri Vanq Yilin iştirak ediblər.

HQC və “Technip Italy” şirkətləri bu gündən etibarən bu müqaviləyə əsasən xidmətlərin göstərilməsinə başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi