Çində avtomobil satışları 20% azalıb

Çində avtomobil satışları 20% azalıb Bu ilin yanvar ayında Çində sərnişin avtomobillərinin satışları illik müqayisədə 20,2% azalıb.
Sənaye
13 Fevral , 2020 15:41
Çində avtomobil satışları 20% azalıb

Bu ilin yanvar ayında Çində sərnişin avtomobillərinin satışları illik müqayisədə 20,2% azalıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu çərşənbə günü Çin Avtomobil İstehsalçıları Birliyinin (CAAM) açıqladığı hesabatda bildirilib.

Hesabata görə, yanvar ayında dilerlərə 1,61 milyon sərnişin avtomobili satılıb. Eyni dövrdə ümumilikdə avtomobil nəqliyyatı vasitələrinin satışları isə illik müqayisədə 18% azalaraq 1,94 milyon ədəd olub. 

Son xəbərlər

Orphus sistemi