Yuxarı

Çin Milli Neft Korporasiyası​ Azərbaycanın OGPC layihəsində pay ala bilər

Rövnəq Abdullayev: Çin şirkəti layihədə investor kimi iştirak etmək istəyir

Bakı. 2 iyun. REPORT.AZ/ Çin Milli Neft Korporasiyası (CNPC) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaradağ rayonu ərazisində inşa etməyi nəzərdə tutduğu Neft-qaz emalı və neft-kimya Kompleksi (OGPC) layihəsində iştirak edə bilər. 

"Report" xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında bildirib. 

"CNPC Çinin qaz-kimya sahəsində ən böyük şirkətidir. Onlarla danışıqlara başlanılıb. Çin şirkəti bu layihədə investor kimi iştirak etmək istəyir. Həm də Çin bankları və "Eximbank"ların layihənin maliyyələşdirilməsində iştirak etməsini təklif etmişik", - deyə R.Abdullayev qeyd edib.

Qeyd edək ki, dünən SOCAR və CNPC arasında neft-qaz və neft-kimya sahələrində qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi