"Caspian Pharmed" əczaçılıq zavodunun tərəfdaş şirkətləri arasında saziş imzalanıb

"Caspian Pharmed" əczaçılıq zavodunun tərəfdaş şirkətləri arasında saziş imzalanıb Bu gün Bakıda yeni əczaçılıq zavodunun təməli qoyulub
Sənaye
4002
16 Yanvar , 2017 11:45
Caspian Pharmed əczaçılıq zavodunun tərəfdaş şirkətləri arasında saziş imzalanıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Bu gün Bakıda Pirallahı Sənaye Parkında yeni "Caspian Pharmed" əczaçılıq zavodunun təməlqoyma mərasimində tərəfdaş şirkətlər arasında saziş imzalanıb.

“Report” xəbər verir ki, saziş "Caspian Pharmed"in səhmdarları - İranın "TPİCO" (49% pay), Azərbaycanın "Azersun Holding" (26% pay) və Azərbaycan İnvestisiya Şirkəti (25% pay) arasında imzalanıb.

Qeyd edək ki, sözügedən layihə 3 mərhələdən ibarət olacaq. Birinci mərhələdə həb və kapsul istehsalı, ikinci mərhələdə ampula və flakon istehsalı, üçüncü mərhələdə isə antibiotik dərmanlarının istehsalı təşkil olunacaq. Birinci mərhələdə zavodun istehsal gücü ildə 200 mln.-dan çox həb və kapsula, 54 təsiredici maddə, 84 adda dərman preparatına malik olacaq.

Bununla yanaşı bildirilir ki, İran şirkətinə Pirallahı Sənaye Parkının rezidenti statusu verilib.

Son xəbərlər

Orphus sistemi