Bu il Sumqayıt Kimya Sənaye Parkında daha 4 rezident işə başlayacaq

Bu il Sumqayıt Kimya Sənaye Parkında daha 4 rezident işə başlayacaq Bakı. 13 noyabr. REPORT.AZ/ Hazırda Sumqayıt Kimya Sənaye Parkında 12 rezident qeydiyyatdan keçib ki, onlardan biri artıq fəaliyyətə başlayıb.
Sənaye
13 Noyabr , 2017 14:55
Bu il Sumqayıt Kimya Sənaye Parkında daha 4 rezident işə başlayacaq

Bakı. 13 noyabr. REPORT.AZ/ Hazırda Sumqayıt Kimya Sənaye Parkında 12 rezident qeydiyyatdan keçib ki, onlardan biri artıq fəaliyyətə başlayıb.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib: "Bu ilin sonuna qədər daha 4 rezidentin fəaliyyətə başlaması gözlənilir”.

N.Səfərovun sözlərinə görə, adıçəkilən parka qoyulan investisiyaların ümumi həcmi 1,4 mlrd. ABŞ dollarına bərabər olacaq.

“Bütövlükdə, bu gün yaradılmış 5 sənaye parkında və 3 sənaye məhəlləsində ümumilikdə 35 rezident qeydiyyatdan keçib. Yaxın zamanlarda onlar fəaliyyətə başlayacaq”, - deyə nazir müavini qeyd edib.

Son xəbərlər

Orphus sistemi