Yuxarı
    Bağlamaq

    Bu il Bakıda 35 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib

    Bakı. 30 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2% artaraq 35 mlrd. manat təşkil edib.

    “Report”un Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, sənaye məhsulunun 82,7%-i mədənçıxarma, 15,4%-i emal, 1,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 84,9% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,2%, xidmətlərin göstərilməsi isə 9,8% təşkil edib.

    İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin noyabrın 1-nə 219,3 mln. manatlıq hazır məhsul ehtiyatı olub.

    Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 30,4 mln. manat məbləğində digər məhsullar da mövcud olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi