“AzerGold” ixracdan gəlirlərini 41% artırıb

“AzerGold” ixracdan gəlirlərini 41% artırıb Koronavirus (COVID-19) pandemiyası dövründə “AzerGold” QSC Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara uyğun növbəli iş rejimində, bütün sahələr üzrə fasiləsiz fəaliyyətini davam etdirir.
Sənaye
29 İyun , 2020 16:04
“AzerGold” ixracdan gəlirlərini 41% artırıb

Koronavirus (COVID-19) pandemiyası dövründə “AzerGold” QSC Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara uyğun növbəli iş rejimində, bütün sahələr üzrə fasiləsiz fəaliyyətini davam etdirir.

“Report”un “AzerGold” QSC-yə istinadən verdiyi məlumata görə, mövcud şəraitdə Səhmdar Cəmiyyət alternativ daşınma yolu ilə 2-ci irihəcmli ixrac əməliyyatını reallaşdırıb.

Qiymətli metalların kəskin qiymət artımı fonunda "Çovdar" filiz emalı sahəsində hasil olunan qızıl və gümüşdən istehsal edilmiş növbəti 36 ədəd gümüş və qızıl qarışıq tərkibli xəlitə İsveçrədə saflaşdırıldıqdan sonra satışa çıxarılıb.

Bu il ərzində baş tutan altıncı ixrac əməliyyatı nəticəsində 6 703 unsiya qızıl, 15 273 unsiya gümüşün satışından, ümumilikdə 12,085 mln ABŞ dolları (20,544 mln manat) həcmində vəsait ölkə iqtisadiyyatına cəlb edilib.

Bununla cari ilin birinci yarımili ərzində həyata keçirilən ixrac əməliyyatları nəticəsində ölkə iqtisadiyyatına cəlb olunan vəsait 43,25 milyon ABŞ dollarına (73,5 milyon manat) yüksəlib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 41% artım deməkdir.

Son xəbərlər

Orphus sistemi