Bu il Azərbaycanda tikinti materiallarının istehsalı 26% artıb

Bu il Azərbaycanda tikinti materiallarının istehsalı 26% artıb Tikinti gipsinin istehsalı 78,8%, tikinti kərpicinin istehsalı isə 24% artıb
Sənaye
16 Oktyabr , 2020 14:37
Bu il Azərbaycanda tikinti materiallarının istehsalı 26% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahәsindә istehsalın ümumi dәyәri 576,3 mln manat olmaqla, әvvәlki ilin müvafiq dövrü ilә müqayisәdә 25,9% artıb.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin doqquz ayında ölkədə 2 mln 526,1 min ton sement istehsal edilib ki, bu da daha əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə 0,6% azdır.

Bu ilin yanvar-sentyabr aylarında ölkədə 128,4 min ton asfalt istehsal edilib ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 48,5% azdır. Bu ilin yanvar-sentyabr aylarında tikinti kərpicinin istehsalı 24% artaraq 387,7 min kubmetr təşkil edib.

Tikinti gipsinin istehsalı 78,8% artaraq 14,3 min ton olub. Yanvar-sentyabr aylarında tikinti əhənginin istehsalı 30,6% azalaraq 24,3 min ton təşkil edib.

Yanvar-sentyabr ayları ərzində sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 40,1 min ton olaraq, ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 44,5% azalıb. Betondan yığma tikinti konstruksiyalarının istehsalı da 19,5% azalaraq 25,6 min kubmetr təşkil edib.

Ötən 9 ay ərzində ölkədə emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 34,1% azalaraq 19 476,5 ton təşkil edib.

Bu müddət ərzində ölkədə hörmə üçün hazır beton qarışığının istehsalı da 4,2% artaraq 1 mln 395,1 min ton təşkil edib.

Son xəbərlər

Orphus sistemi