Yuxarı
    Bağlamaq

    Bu il Azərbaycanda 85,4 min ton etilen istehsal edilib

    © Report

    Bakı. 18 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 85,4 min ton etilen istehsal olunub.

    “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə etilen istehsalının həcmi ötən ilin müvafiq dövründən 7,5% az olub.

    Bu ilin 11 ayı ərzində həmçinin 82,9 min ton polietilen, 43 min ton propilen (əmtəəlik 33,6 min ton) istehsal edilib.

    Hesabat dövründə polietilen istehsalı illik müqayisədə 7,3%, propilen istehsalı 8% azalıb.

    Bu il dekabrın 1-ə ölkədə 0,05 min ton etilen, 4,6 min ton polietilen, 3,3 min ton propilen ehtiyatı olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi