Böyük Britaniya şirkəti bu il Azərbaycanda mis hasilatını artırmağı planlaşdırır

Böyük Britaniya şirkəti bu il Azərbaycanda mis hasilatını artırmağı planlaşdırır Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın Anglo-Asian Mining Plc. şirkəti bu il Gədəbəy müqavilə sahəsində 82-86 min unsiya qızıl ekvivalenti həcmində hasilat planlaşdırır.
Sənaye
16 May , 2019 16:58
Böyük Britaniya şirkəti bu il Azərbaycanda mis hasilatını artırmağı planlaşdırır

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti bu il Gədəbəy müqavilə sahəsində 82-86 min unsiya qızıl ekvivalenti həcmində hasilat planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə şirkətin hesabatında qeyd olunub.

Ötən il şirkətin hasilatı 83 736 unsiya qızıl ekvivalenti təşkil edib.

Şirkət bu il 65 000-67 500 unsiya qızıl, 3 100-3 300 ton mis hasil etməyi hədəfləyir.

2018-ci ildə qızıl hasilatı 72 798 unsiya, mis hasilatı 1 645 ton olub.

Ötən il şirkətin ümumi gəlirləri 26% artaraq 90,4 mln. dollar, vergidən əvvəl mənfəət isə dörd dəfə artaraq 25,2 mln. dollar təşkil edib.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur. 

Son xəbərlər

Orphus sistemi