Böyük Britaniya şirkəti Azərbaycanda qızıl hasilatı proqnozunu dəqiqləşdirdi

Böyük Britaniya şirkəti Azərbaycanda qızıl hasilatı proqnozunu dəqiqləşdirdi Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti “Gədəbəy” müqavilə ərazisi ilə bağlı proqnozunu yeniləyib
Sənaye
1200
24 Noyabr , 2020 13:57
Böyük Britaniya şirkəti Azərbaycanda qızıl hasilatı proqnozunu dəqiqləşdirdi

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti “Gədəbəy” müqavilə ərazisi ilə bağlı proqnozunu yeniləyib.

“Report” xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilir.

Qeyd olunur ki, yatağın 2020-ci maliyyə ili ilə bağlı qızıl hasilatı proqnozu 68-72 min unsiya arasında dəyişəcək.Oktyabrda dərc edilmiş proqnoza əsasən, hasilat üzrə göstərici 75-80 min unsiya arasında dəyişirdi.

Şirkətin gözləntilərinə görə, 2020-ci ildə satış həcmləri 100 milyon ABŞ dollarına çatacaq.

Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.

Son xəbərlər

Orphus sistemi