​Belarus Azərbaycana 170 tondan çox raps yağı ixrac edib

​Belarus Azərbaycana 170 tondan çox raps yağı ixrac edib Bu rəqəm 2014-cü ilin noyabr ayında qeydə alınıb
Sənaye
17 Fevral , 2015 06:19
​Belarus Azərbaycana 170 tondan çox raps yağı ixrac edib

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycan 2014-cü ilin noyabr ayında Belarusdan 179 ton raps yağı idxal edib.

"Report" xəbər verir ki, bu barədə Belarusun Milli Statistika Komitəsinin məlumatında bildirilir.

Noyabrda ixrac 13 min 110 ton təşkil edib. Bu göstəricinin 5 023 tonu MDB ölkələrinin, xüsusilə də Rusiyanın (4 844 ton) payına düşüb.

2014-cü ilin yanvar-noyabr aylarında isə Belarus ümumilikdə 134,6 min ton raps yağı ixrac edib ki, bu da 2013-cü ilin analoji dövrü ilə müqayisədə 8,2% çoxdur.

Son xəbərlər

Orphus sistemi