Balaxanı Sənaye Parkında daha 5 rezident fəaliyyətə başlayacaq

Balaxanı Sənaye Parkında daha 5 rezident fəaliyyətə başlayacaq Bununla da, parkın rezidentlərinin sayı 10-a çatacaq
Sənaye
13 Mart , 2018 13:03
Balaxanı Sənaye Parkında daha 5 rezident fəaliyyətə başlayacaq

Bakı. 13 mart. REPORT.AZ / Hazırda Balaxanı Sənaye Parkında 5 rezident fəaliyyət göstərir. Onlar parka 23,4 mln. manat investisiya qoyublar.

"Report" xəbər verir ki, bunu "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov bildirib.

Onun sözlərinə görə, rezidentlər işlənmiş yağların, kağız, plastik tullantıların, süngər və mebel məhsullarının emalı ilə məşğuldurlar. Həmin şirkətlər mebel, plastik qutular hazırlayaraq ixrac edir.

E.Abbasov həmçinin əlavə edib ki, parkda daha 5 rezidentin fəaliyyətə başlaması gözlənilir: "Həmin rezidentlər işlənmiş qida yağlarının və qida tullantıların emalı, yem istehsalı, plastik və kağız istehsalı ilə məşğul olacaqlar. 

Son xəbərlər

Orphus sistemi