Yuxarı
    Bağlamaq

    “Baku Steel Construction” səhmdarlarına hesabat verəcək

    Müəssisənin səhmdarlarının yığıncağı çağırılacaq

    Bakı. 4 may. REPORT.AZ/ İyunun 21-də, saat 11:00-da “Baku Steel Construction” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

    “Report” xəbər verir ki, bu barədə müəssisənin Direktorlar Şurasına istinadən rəsmi mətbuatda məlumat verilib.

    Məlumatda deyilir ki, yığıncaq Cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Binəqədi şossesi, 53 ünvanında olacaq.

    Yığıncağın gündəliyinə müəssisənin 2016-cı il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiq edilməsi məsələsi daxildir.

    Xatırladaq ki, “Baku Steel Construction” ASC 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 4511540 manatdır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi