Qaradağda gips əsaslı məmulatlar zavodu açılacaq

Qaradağda gips əsaslı məmulatlar zavodu açılacaq Zavodda 100 iş yeri açılacaq
Sənaye
4 Mart , 2021 15:02
Qaradağda gips əsaslı məmulatlar zavodu açılacaq

Bakının Qaradağ rayonunda yaradılan gips əsaslı məmulatlar zavodunda hazırda son tamamlama işləri aparılır.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, ildə 8 mln. kv.metr gips məmulatlar (alçipan) istehsal etmək gücündə olan zavodda 100 iş yeri açılacaq.

Ümumi investisiya dəyəri 23 milyon manat olan layihəyə Nazirlik investisiya təşviqi sənədi verib.

Zavodun yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi