Yuxarı
    Bağlamaq

    Bakıda sənayenin inkişafına dövlət dəstəyi müzakirə olunur - FOTO

    David Məmmədov: SOCAR sahibkarlara hər cür dəstək verməyə hazırdır

    Bakı. 12 aprel. REPORT.AZ/ Bu gün Bakı Biznes Mərkəzində (BBM) "Sənayenin inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirilir. "Report" xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov açıb. 

    N.Səfərov deyib ki, son illər qeyri-neft sektorunda sabit davamlı inkişafa nail olunub: "Ölkədə yerli biznesin inkişafı üçün görülən işlər gördüyümüz işlərin əsas hissəsini təşkil edir. Biz bu fəaliyyətimizdə SOCAR-la sıx əməkdaşlıq etmişik və bugünkü tədbirdə SOCAR-la əməkdaşlıq çərçivəsində reallaşdırılan bir neçə layihənin təqdimatı olacaq".

    SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov öz çıxışında deyib ki, son dövrdə baş verən proseslər ölkə iqtisadiyyatının təkcə neft-qaz sahəsi ilə inkişaf etdirməyin mümkün olmadığını sübut edib: "Bizim "Azneftyağ" neft emalı zavodunun ləğv edilərək Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna birləşdirilməsi ilə bağlı layihəmiz var və qarşıdakı beş ildə bu proses başa çatacaq. Bu isə emal sənayesində növbəti mərhələdir. Sahibkarlıq rəqabətli şəkildə inkişaf etməlidir və bu prosesdə ehtiyacı olan sahibkarlara SOCAR hər cür dəstək verməyə hazırdır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi