Yuxarı

Bakıda sənaye tətbiqli idarəetmə və optimallaşdırma mövzusunda beynəlxalq konfrans keçirilir

Konfransda 26 ölkədən 277 alimin 200-ə qədər məruzə ilə çıxışları gözlənilir

Bakı. 27 avqust. REPORT. AZ/ Bu gün Bakıda "Sənaye tətbiqli idarəetmə və optimallaşdırma-2015" adlı V beynəlxalq elmi konfrans keçirilir. "Report" xəbər verir ki, tədbirdə çıxış edən rabitə və yüksək texnologiyaları naziri Əli Abbasov tədbirdə elmi-nəzəri nəticələrin sənaye və iqtisadiyyatda tətbiqi məsələlərinin müzakirə ediləcəyini deyib. Nazir inkişaf etmiş ölkələrlə rəqabət aparmaq üçün elmə, texnoloji inkişafa xüsusi diqqət yetirilməli olduğuna diqqət yetirmək lazım olduğunu bildirib. 

Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov optimallaşdırma və idarəetmənin hazırda dünyanın ən aparıcı və aktual elm sahələrindən biri olduğunu deyib. Rektor universitetin alimləri tərəfindən elm və təhsil sahəsində 90-a qədər proqram və qrant layihələrinin həyata keçirildiyini deyib.

Qeyd edək ki, dünyanın 26 ölkəsindən 277 alimin qeydiyyatdan keçdiyi konfransın gedişində 200-ə qədər məruzə ilə çıxışların olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi