Yuxarı
    Bağlamaq

    ​Bakıda Sağlamlıq və Əməyin Təhlükəsizliyi Beynəlxalq Sammiti keçirilir

    Tədbirdə istehsalatda təhlükəsizliyin təşkili, işçilərin maarifləndirilməsi, tibbi siğorta və s. məsələlər müzakirə olunur

    Bakı. 15 aprel. REPORT.AZ/ Bu gün Bakıda Sağlamlıq və Əməyin Təhlükəsizliyi Beynəlxalq Sammiti işə başlayıb. 

    "Report" xəbər verir ki, tədbir Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin dəstəyi, "Fleming Europe" beynəlxalq şirkəti və yerli "Rovshan Oguz Group" Şirkətlər Qrupunun təşkilatçılığı ilə keçirilir.

    "British Safety Council", "Nasot" şirkəti, "Scott Safety", TWI şirkətlərinin sponsorluğu və "Report" agentliyi də daxil olmaqla bir sıra yerli və xarici media orqanlarının informasiya dəstəyi ilə təşkil edilən sammit "RyderMarshSharman" şirkətinin (İsveçrə) icraçı direktoru Endrü Şarmanın (Andrew Sharman) sədrliyi ilə keçirilir.

    Əsasən inşaat sektorunda fəaliyyət göstərən, bununla yanaşı, yerli xammaldan mebel istehsalı ilə məşğul olan və Oğuz rayonunda 5 ulduzlu otelin fəaliyyətinə rəhbərlik edən "Rovshan Oguz Group"un təsisçisi və prezidenti Hafiz Mustafayev başçılıq etdiyi şirkətin fəaliyyətindən, çətin vəziyyətlərdən çıxış və iş prosesində işçilərin təhlükəsizliyinin hansı formada təşkil olunmasından danışıb. Son 5 ilin statistikasını açıqlayan Şirkətlər Qrupunun rəhbəri bu müddət ərzində bir iş qəzasının baş verdiyini və bunun bir nəfərin əmək qabiliyyətinin məhdudlaşması ilə nəticələndiyini qeyd edib. H.Mustafayev şirkətlərində bu sahəyə diqqət yetirildiyini, iş prosesi ilə yanaşı, işçilərin evlərə çatdırılması zamanı da təhlükəsizliyin təmin olunmasına çalışdıqlarını bildirib.

    Milli Məclisin Sosial siyasət Komitəsinin sədr müavini Musa Yaqublu yerli şirkətlərdə təhlükəsizlik etikasının aşağı səviyyədə olduğunu qeyd edib. Buna səbəb kimi işçilərin, əsasən də tikinti sektorunda çalışanların bölgələrdən gəldiyini, iş etikası və iş prosesində təhlükəsizlik məsələlərindən xəbərsiz olduqlarını deyib.

    BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel təqdimatında şirkətin iş prosesində gözlədiyi təhlükəsizlik normalarından, bu sahədə şirkətin planlarından, podratçılarla iş prinsipləri və əsas tələblərindən danışıb.

    Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) neft, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanov da çıxışçılar arasında olub. Öz təqdimatında SOCAR-ın təhlükəsizlik tədbirlərindən danışan şirkət rəsmisi, istehsal sahələrində təhlükəsizliyin təşkili, işçilərin maarifləndirilməsindən söhbət açın, onların tibbi siğorta ilə təmin olunduğunu vurğulayıb.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə iş qəzalarının statistikasından, son dövrlərdə görülən tədbirlər, qanunvericilikdə bununla bağlı qeyd olunan maddələr barədə məlumat verib.

    Sammitin birinci günündə həmçinin Almaniya İstehsalat Qəzaları üzrə Sosial Sığorta Agentliyinin (DGUV) layihə rəhbəri Sven Tim, ABŞ-ın "Molson Coors Brewing" şirkətinin sağlamlıq, əməyin təhlükəsizliyi və mühafizəsi və dayanıqlı inkişaf şöbəsinin müdiri Nil Tonq və s. çıxış ediblər, öz təqdimatlarında istehsalatda yaranan qəzalar, ön tədbirlər, işçilərin maarifləndirilməsi, təlimlərin təşkili və iş prosesində baş verə biləcək bədbəxt hadisələrə qarşı həyat sığortasının vacibliyindən danışıblar.

    Qeyd edək ki, sammit aprelin 16-da işini davam etdirəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi