Bakıda resurs səmərəliliyi və daha təmiz istehsal üzrə yekun konfrans keçirilib

Bakıda resurs səmərəliliyi və daha təmiz istehsal üzrə yekun konfrans keçirilib Azərbaycanın 4 regionu - Xaçmaz, Yevlax, Sumqayıt və Gəncədə resurs səmərəlilyi və daha təmiz istehsal klubları yaradılıb
Sənaye
25 May , 2017 13:47
Bakıda resurs səmərəliliyi və daha təmiz istehsal üzrə yekun konfrans keçirilib

Bakı. 25 may. REPORT.AZ/ Bu gün Azərbaycanda "EaP Green" proqramı çərçivəsində həyata keçirilən “Resurs səmərəliliyi və daha təmiz istehsal” (RSDTİ) nümayiş komponenti üzrə yekun konfrans keçirilib.

“Report” xəbər verir ki, RSDTİ sənaye istehsalının səmərəliliyinin artırılmasına, ətraf mühitə və insan sağlamlığına risklərin azaldılmasına yönəlmiş profilaktik ekoloji yanaşmadır.

Tədbirdə çıxış edən layihənin meneceri, BMT-nin Sənayenin İnkişafı Təşkilatının (UNIDO) Ətraf mühit Departamentinin resurs səmərəliliyi bölməsinin sənaye inkişafı üzrə məsul şəxsi Karolina Qonzales bildirib ki, Azərbaycanda RSDTİ nümayiş komponenti Avropa İttifaqı, həmçinin Sloveniya hökuməti və Avstriya İnkişaf Bankı ilə birgə maliyyələşdirilir. Onun sözlərinə görə, 2013-cü ildən “Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin iqtisadiyyatlarının yaşıllaşdırılması” regional layihəsinin (Eap Green) tərkib hissəsi kimi həyata keçirilməyə başlanıb.

O qeyd edib ki, resurs səmərəliliyi və daha təmiz istehsalın biznes mühiti və ətraf mühit, həmçinin ümumilikdə cəmiyyət üçün faydalı olduğu təsdiqini tapıb: “RSDTİ nümayiş komponentinin Azərbaycanda əsas məqsədi RSDTİ üçün kadr potensialının və institusional potensialın inkişaf etdirilməsi, onun metodologiyasına və tətbiqinin faydalarına dair məlumatlılığın artırılması, kimya məhsulları, tikinti materialları və qida istehsalı kimi prioritet sahələrdə nümayiş etdirilməsi və təcrübənin yayılması, RSDTİ texnologiyalarına investisiya qoyuluşunun səfərbər edilməsidir”. O qeyd edib ki, layihənin icra müddətində Azərbaycan müəssisələrində RSDTİ-nin faydaları daxil olmaqla, resurs səmərəliliyinin dəstəklənməsi və ətraf mühiti nəzərə alan istehsalat təcrübələri sahəsində əhəmiyyətli nəticələr əldə olunub.

Konfransda çıxış edən İqtisadiyyat Nazirliyinin sənaye şöbəsinin müdiri Murad Abdullayev bildirib ki, bu layihə Azərbaycanda 2014-cü ilin ortalarından qida, tikinti materialları, kimya sahələrində fəaliyyət gösrətən 15-ə qədər müəssisəni əhatə edib. Onun sözlərinə görə, l ayihə başlayandan indiyədək beynəlxalq ekspertlərin cəlb edilməsi ilə milli ekspetlər üçün təlimlər keçirilib, onlara sertifikatlar verilib: “Yanaşmanın kiçik və orta bznesdə geniş tətbiqi məqsədilə Azərbaycanın 4 regionunda - Xaçmaz, Yevlax, Sumqayıt və Gəncədə resurs səmərəlilyi və daha təmiz istehsal klubları yaradılıb”.

Son xəbərlər

Orphus sistemi