Bakıda beynəlxalq ticarətdə sənədləşmə mövzusunda təlim keçirilib

Bakıda beynəlxalq ticarətdə sənədləşmə mövzusunda təlim keçirilib Təlim “İxraca hazır ol!” çərçivəsində keçirilib
Sənaye
23 Noyabr , 2016 20:42
Bakıda beynəlxalq ticarətdə sənədləşmə mövzusunda təlim keçirilib

Bakı. 23 noyabr. REPORT.AZ/ Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) birgə “İxraca hazır ol” layihəsi çərçivəsində “Beynəlxalq ticarətdə sənədləşmə və malın çatdırılma şərtləri” mövzusunda təlim keçirilib. 

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə sahibkarlara beynəlxalq ticarətdə sənədləşmə üzrə ekspert tərəfindən alqı-satqı müqavilələri, hesab faktura, məhsulun daşınma sənədləri (TİR Carnet, CMR, Bill of Landing, Airway Bill), ixraca dair sənədləşmə və s. barədə ətraflı məlumat verilib.

Təlim praktiki tapşırıqlar və müzakirələrlə başa çatıb.

Son xəbərlər

Orphus sistemi