Bakı. 15 fevral. REPORT.AZ/ Bakıda "Azərbaycanın innovativ sənaye trendləri: mövcüd potensialı, inkişafı və perspektivləri" mövzusunda konfrans işə başlayıb.
"Report" xəbər verir ki, tədbiri giriş sözü ilə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov açıb.
O, Azərbaycanda həyata keçirilən islahatlardan danışıb və deyib ki, son zamanlar İqtisadiyyat Nazirliyi elmlə təcrübə arasında üzvi əlaqələr yaradılması üçün çalışır: "Konkret olaraq "SOCAR Polymer" layihəsinin adını çəkə bilərəm. Azərbaycan təbii ehtiyatlarla zəngindir. Düşünürəm ki, elə məhsullar istehsal etməliyik ki, bazarlarda rəqabətə davamlı olsun".