Bakı Ali Neft Məktəbinin rektoru "Azərikimya" İstehsalat Birliyində olub

Bakı Ali Neft Məktəbinin rektoru "Azərikimya" İstehsalat Birliyində olub Elmar Qasımov “Azərikimya” İB-in Etilen-polietilen zavodunun istehsalat sahələri ilə yaxından tanış olub
Sənaye
15 İyul , 2016 18:17
Bakı Ali Neft Məktəbinin rektoru Azərikimya İstehsalat Birliyində olub

Bakı. 15 iyul. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov iyulun 15-də SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin müəssisələrində istehsalat təcrübəsi keçən tələbələrin fəaliyyəti ilə yerində tanış olmaq üçün Sumqayıta gəlib.

Birlikdən "Report"a verilən məlumata görə, qonaq əvvəlcə Sumqayıtın dәnizkәnarı bulvarında aparılan abadlıq, quruculuq, tikinti və yaşıllaşdırma işləri ilə tanış olub. 

''Azərikimya'' İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev ölkə başçısının diqqət və qayğısı sayəsində şəhərdə həyata keçirilən möntəşəm layihələr haqqında qonağa geniş məlumat verib. Qeyd olunub ki, az vaxt ərzində ümumi sahәsi 106 hektarolan әrazidә 4,2 kilometr uzunluğunda istinad divarı çәkilib vә bulvarın 1000 metrlik hissәsindә isə işlәr tamamlanmaq üzrәdir. Şәhәr sakinlәrinin piyada gәzintisi, həşçinin kiçikölçülü gәzinti avtobusları vә velosiped idmanı ilә mәşğul olmaq istәyәnlәr üçün dә eni üç metr olan xüsusi hәrәkәt zolağı salınır. Bununla yanaşı, bulvarda istirahәt obyektlәri, atraksionlar, ticarәt vә uşaqlar üçün әylәncә mәrkәzlәri, müasir tipli otellәr, kinoklub, idman infrastrukturu vә çoxmәrtәbәli yaşayış binaları inşa edilәcәk, çimәrlik zonasında әsaslı işlәr görülәrәk sakinlәrin istifadәsinә verilәcәkdir. Sahil hissәdә estakadalar qurulacaq vә gәzinti gәmilәrinin hәrәkәti tәmin olunacaq. Qonağa həmçinin şəhərin müxtəlif yerlərində aparılan tikinti-quruculuq işləri haqqında da ətraflı məlumat verilib.

Sonra BANM-nin rektoru Elmar Qasımov “Azərikimya” İB-nin rəhbərliyi ilə birlikdə Etilen-polietilen zavodunun istehsalat sahələri ilə yaxından tanış olub. Rektor istehsalat təcrübəsində olan tələbələrlə görüşüb, onların ilkin təəssüratlarını dinləyib və geniş fikir mübadiləsi aparıb.

Ümumiyyətlə, ötən il Bakı Ali Neft Məktəbi ilə ''Azərikimya'' İB arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilədə ''Azərikimya'' İB-in mütəxəssisləri tərəfindən BANM-in tələbələrinə və əməkdaşlarına neft-kimya texnologiyalarının inkişafı ilə bağlı məruzələrin təqdim edilməsi, neft-qaz emalı, neft-kimya və idarəetmə texnologiyalarının inkişafı məsələlərinə həsr olunmuş birgə seminar və konfransların təşkil olunması, habelə İB-nin əməkdaşları tərəfindən mütəxəssis hazırlığı və elmi fəaliyyətlə bağlı hazırlanmış layihələrə ekspert rəylərinin verilməsi, tələbələrin kimya sənayesi və seçdikləri ixtisasların tət­biq olunduğu sahələr üzrə təcrübi biliklərinin artırılması, nəzəri biliklərin təcrübədə daha da zənginləşdirilməsi və s. məsələlər əksini tapıb.

Xatırladaq ki, ötən il BANM-nin “Kimya mühəndisliyi” ixtisası üzrə 42 nəfər II və III kurs tələbəsi yay istehsalat təcrübəsi müddətində ''Azərikimya'' İB-in Etılen-polietilen zavodunun müxtəlif istehsalatlarında yay təcrübəsi keçib. Bu il bu ali təhsil ocağından yay istehsalat təcrübəsinə gələnlərin sayı 62 nəfərdir ki, onlardan da 5-i burada təcrübələrini tamamladıqdan sonra Türkiyənin energetika sektorunda mühüm yer tutan “Petkim Petrokimya Holding A.Ş.”-də təcrübələrini davam etdirəcəklər.

BANM-in rektoru Elmar Qasımov səmimi qəbula və tələbələrə göstərilən diqqət və qayğıya görə "Azərikimya"nın rəhbərliyinə minnətdarlığını bildirib, aparıcı ali təhsil ocaqları ilə qurulan əlaqələr və bu qarşılıqlı faydalı əməkdaşlığın həm ali təhsil ocaqlarına, həm də kimya sənayesinə böyük töhfələr verəcəyini söyləyib.

Son xəbərlər

Orphus sistemi