Azərbaycanda qeyri-neft sənaye istehsalı 6% artıb

Azərbaycanda qeyri-neft sənaye istehsalı 6% artıb Yanvar-sentyabr aylarında ümumi sənaye istehsalı isə 25,2 mlrd. manat olub
Sənaye
15 Oktyabr , 2014 17:55
Azərbaycanda qeyri-neft sənaye istehsalı 6% artıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda sənaye sektorunun təsərrüfat subyektləri tərəfindən 25,2 mlrd. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Sənaye məhsulunun 71,8%-i istehsal olunduğu mədənçıxarma bölməsində 32,1 mln. ton neft, 13,8 mlrd. kub metr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 22,3%-ni təşkil edib, qida, tütün məmulatlarının, geyim, kimya, tikinti materiallarının, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının, avtomobil və qoşquların,  nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında artım müşahidə edilib. İstehsal edilmiş sənaye məhsulunun 5,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,6%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin payına düşür.

Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-sentyabr aylarının səviyyəsini 6,0% üstələyib, neft-qaz sektorunda isə 2,0% azalıb. Ümumi sənaye istehsalının 93,2%-i malların (əmtəələrin), 6,8%-i isə sənaye xarakterli xidmətlərin payına düşüb, məhsulun 80,7%-i özəl bölmədə istehsal olunub.

Son xəbərlər

Orphus sistemi