Azərbaycan sement istehsalını 42% artırıb

Azərbaycan sement istehsalını 42% artırıb Anbarlarda sement ehtiyatı 141 min tona çatıb
Sənaye
25 Avqust , 2014 08:49
Azərbaycan sement istehsalını 42% artırıb
Bakı. 25 avqust. REPORT.AZ/ Cari ilin yanvar-iyul aylarında Azərbaycanda 1,659 mln. ton sement istehsal olunub. 

Dövlət Statistika Komitəsindən "Report"a bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın həcmi 42,1% artıb.

Cari ilin avqustun 1-i vəziyyətinə, müəssisələrin anbarlarında 140,9 min ton həcmində hazır məhsul ehtiyatı yığılıb. 

Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda sement istehsalı 2,039 mln. ton təşkil edib, bu isə əvvəlki il ilə müqayisədə 3,8% çoxdur. 

Son xəbərlər

Orphus sistemi