Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə (AZPROMO) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) arasında Birgə Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
"Report"un İqtisadiyyat və Sənaye Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sənəddə 2014-2016-cı illərdə AZPROMO və GİZ-in birgə əməkdaşlığı ilə yerli ixracatçıların xarici ticarət və bazar araşdırmaları sahəsində potensialının artırılması və bu sahədə maarifləndirilməsi, birgə təlim və seminarların keçirilməsi, ixracatçı şirkətlər üçün dəyirmi masaların və forumların təşkili, ixrac potensiallı yerli məhsulların təşviqi materiallarının hazırlanması nəzərdə tutulub.