“Azərxalça” istehsalı bərpa edir

“Azərxalça” istehsalı bərpa edir Bu barədə qurum məlumat yayıb
Sənaye
126
2 Aprel , 2021 09:38
“Azərxalça” istehsalı bərpa edir
0 : 00
0 : 00

Bu gündən “Azərxalça” ASC-nin bütün emalatxanalarında istehsal bərpa olunur.

"Report" xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Xatırladaq ki, “Azərxalça” ölkə prezidentinin 5 may 2016-cı il tarixli sərəncamı ilə yaradılıb, Nazirlər Kabinetinin 4 oktyabr 2016-cı il tarixli qərarı ilə onun nizamnamə və strukturu təsdiq edilib. Nizamnamə kapitalı 15 milyon manat olan Cəmiyyətin əsas vəzifəsi xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsindən ibarətdir.

Son xəbərlər

Orphus sistemi