Yuxarı

“Azərsu” maye xlorun alınması üçün tender keçirir

İddiaçılar tender təkliflərini noyabrın 11-dək təqdim etməlidir

Bakı. 30 sentyabr. REPORT.AZ/ “Azərsu” ASC maye xlorun satın alınması məqsədilə açıq tender elan edib.

“Report” xəbər verir ki, təkliflərin qiymətləndirilməsində aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübə və maliyyə vəziyyətinə üstünlük veriləcək.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdır. Tenderdə iştirak etmək istəyənlər 200 manat məbləğində iştirak haqqı ödəməlidir. İştirakçılar “Azərsu”ya noyabrın 3-ü saat 18:00-dan gec olmamaq şərti ilə sənədləri təqdim etməlidir (əlaqələndirici şəxs – Nurşən Əliyev).

İddiaçı tender təklifini (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır) noyabrın 11-i saat 18:00-dan gec olmamaq şərti ilə təqdim etməlidir.

Təklif zərfləri ASC-nin inzibati binasında noyabrın 14-ü saat 15:00-da açılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi