Yuxarı
    Bağlamaq

    “Azərikimya” yeni anbarların inşasına başlayıb

    Əsas məqsəd “SOCAR Polymer”in yeni zavodlarını xammalla təmin etməkdir

    Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyi Etilen-Polieliten Zavodunun ərazisində yeni anbarların inşasına başlayıb.

    “Report” xəbər verir ki, bu barədə zavodun direktoru Oqtay Niftəliyev bildirib.

    Onun sözlərinə görə, anbarlar etilen və propilenin saxlanması üçün inşa olunur. Zavodun direktoru hər birinin tutumu 2 500 ton olan 4 anbarın inşa olunacağını qeyd edib. “Ümumilikdə anbarlar 5 min ton etilen, 5 min ton propilen olmaqla, 10 min ton həcmində məhsul saxlayacaq". 

    "Bu anbarların inşasında əsas məqsəd “SOCAR Polymer”in hazırda inşa olunan zavodlarını xammalla təmin etməkdir”, - deyə müəssisə rəhbəri əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi