“Azərikimya”da "Hitachi" şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib

“Azərikimya”da "Hitachi" şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib Etilen-Polietilen Zavodunun müxtəlif istehsalat sahələrində çalışan mütəxəssislər və SOCAR-ın strukturlarının əməkdaşları iştirak edirlər
Sənaye
27 Oktyabr , 2016 18:02
“Azərikimya”da Hitachi şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İB-də iki günlük seminar-treninq çərçivəsində Yaponiyanın “Hitachi” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, görüşdə “Azərikimya”nın Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev İstehsalat Birliyində görülən işlər və perspektiv layihələr haqqında geniş məlumat verib. Sumqayıtın Azərbaycanın ikinci böyük şəhəri və sənaye mərkəzi olduğunu qeyd edən M.Babayev Kimya Sənaye Parkı və parkın ərazisində tikilən zavodlar haqqında söhbət açıb, slaydlar vasitəsilə kimya sənayesinin gələcək perspektivləri haqqında nümayəndə heyətini məlumatlandırıb.

Nümayəndə heyətinin üzvləri “Azərikimya” İB-də modernizasiya işlərində və yeni qurğuların tikintisində “Hitachi” şirkətinin də yer almasında və qarşılıqlı-faydalı əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını bildiriblər. Görüşdən sonra SOCAR-ın Təlim,Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-tədris Mərkəzində yapon şirkətinin mütəxəssisləri tərəfindən “Hitachi kompressor texnologiyaları” mövzusunda iki günlük treninqə start verilib. Treninqdə “Azərikimya” İB-nin Etilen-Polietilen Zavodunun müxtəlif istehsalat sahələrində çalışan 10 nəfər mütəxəssis, eləcə də SOCAR-ın müvafiq strukturlarının əməkdaşları iştirak edirlər.

Treninq başa çatdıqdan sonra iştirakçıların bilikləri yoxlanılacaq və mənimsəmə dərəcələrinə uyğun olaraq sertifikatlar təqdim ediləcək.                               

Son xəbərlər

Orphus sistemi