"Azərikimya"da istehsalat tullantı sularının təmizlənməsi qurğusunun təqdimatı keçirilib

"Azərikimya"da istehsalat tullantı sularının təmizlənməsi qurğusunun təqdimatı keçirilib Tikinti işlərini Türkiyə şirkəti həyata keçirəcək
Sənaye
10 Oktyabr , 2015 11:01
Azərikimyada istehsalat tullantı sularının təmizlənməsi qurğusunun təqdimatı keçirilib

Bakı. 10 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyində istehsalat tullantı sularının təmizlənməsi qurğusunun təqdimatı keçirilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə şirkətin baş ofisi, Ekologiya İdarəsi, Karbamid Zavodu, "SOCAR Polymer" MMC, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin mühafizəsi Departamenti, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi, Fövqəladə Hallar Nazirliyi Sənayedə işlərin təhlükəsiz görülməsi və dağ-mədən nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu, 4 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsi, həmçinin “Ekol” Mühəndislik Xidmətləri QSC-nin nümayəndələri iştirak ediblər.

Bildirilib ki, “Azərikimya” İB-nin strukturuna daxil olan müəssisələrin çirkab suların təmizlənməsi məqsədi ilə 1967-ci ildən fəaliyyətə başlayan “Təmizləyici qurğular” sexinin müasir standartlara uyğunlaşdırılması məqsədilə yeni qurğunun tikintisi üçün ötən ilin əvvəllərində layihə sənədləri hazırlanıb.

İstehsalat tullantı sularının təmizlənməsi qurğusunun layihələndirmə, təchizat, tikintiyə nəzarət və montaj işlərinin satın alınması məqsədilə 2014-cü ilin noyabr ayında Birlik tərəfindən açıq müsabiqə elan edilib, Türkiyənin “İdeal Atık və Su Arıtma Sistemləri” şirkəti 35 xarici şirkət arasında tenderin qalibi elan olunub. Bu ilin iyul ayında bu şirkətlə “Azərikimya” arasında müvafiq müqavilə imzalanıb. 

Birliyin icraçı direktorunun əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini Vüqar Kərimov məişət və kimyəvi çirkab sularının idarə olunması ilə bağlı məlumat verib. Sonra tikinti işlərini həyata keçirəcək Türkiyənin “İdeal Atık və Su Arıtma Sistemləri” şirkəti tərəfindən Birliyin struktur bölmələrində formalaşan məişət və kimyəvi çirkab sularının təmizlənməsi üçün seçilmiş sutəmizləmə qurğusunun, ümumilikdə bu istiqamətdə görüləcək işlərin təqdimatı olub.

Son xəbərlər

Orphus sistemi