“Azərikimya”da əməyin mühafizəsi sahəsində görülmüş işlər müzakirə olunub

“Azərikimya”da əməyin mühafizəsi sahəsində görülmüş işlər müzakirə olunub Birliyin struktur bölmələrində çalışan 460 işçinin əmək şəraiti yaxşılaşdırılıb
Sənaye
9 Fevral , 2016 19:51
“Azərikimya”da əməyin mühafizəsi sahəsində görülmüş işlər müzakirə olunub

Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyində müəssisə və idarə rəhbərlərinin, baş mühəndislərin və aparıcı mütəxəssislərin iştirakı ilə 2015-ci ildə əməyin mühafizəsi sahəsində görülmüş işlərin hesabatı müzakirə olunub.

"Report" SOCAR-a istinadən xəbər verir ki, Birliyin icraçı direktorunun əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini Vüqar Kərimov kimyaçiların əməyinin qorunması işlərinin “Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi”nin tələblərinə uyğun şəkildə təşkil edildiyini bildirib.

Qeyd olunub ki, 2015-ci ildə də işçilərin təhlükəsizliyinin qorunması, əmək şəraitinin yaxşılaşdırılması, ekoloji mühitin sağlamlaşdırılması, əməkçilərin fərdi mühafizə vasitələri və xüsusi geyimlərlə təmin olunması istiqamətində mühüm addımlar atılıb, ağır və zərərli sahələrdə yeni texnologiyanın tətbiqinə geniş yer verilib, etibarlı və təhlükəsiz iş mühiti yaratmaq, qəzalardan yayınmaq, ətraf mühitlə bağlı problemlərin həlli yollarını müəyyənləşdirmək və yüksək ekoloji səmərəliliyə nail olmaq istiqamətində İSO 9001:2008, İSO 14001:2004, OHSAS 18001:2007 beynəlxalq standartlarının tətbiqi və sertifikatlaşdırılması işlərinin yerinə yetirilməsi məqsədilə işçi qrupu yaradılıb.

Əməyin mühafizəsi və ekologiya üzrə hesabatda vurğulanıb ki, həyata keçirilən tədbirlər nəticəsində il ərzində Birliyin struktur bölmələrində çalışan 460 işçinin, o cümlədən 300 qadının əmək şəraiti yaxşılaşdırılıb. Daxili nizam-intizam qaydalarına uyğun olaraq Birlik müəssisələrində il ərzində əməyin mühafizəsi, təhlükəsizlik texnikası qayda və normalarını pozan mühəndis-texniki işçilərə və fəhlələrə xəbərdarlıq talonları təqdim edilməklə, intizam tənbehi tədbirləri görülüb, nümunəvi işi və nizam-intizamı ilə digərlərinə nümunə olan 38 nəfər işçi isə mükafatlandırılıb.

Son xəbərlər

Orphus sistemi