"AzerGold" və 4SİM əməkdaşlığa başlayıb

"AzerGold" və 4SİM əməkdaşlığa başlayıb “AzerGold” QSC və İqtisadiyyat Nazirliyinin tabeliyində IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) arasında “Ağıllı Sənaye Hazırlığı İndeksi” (Smart Industry Readiness Index - SIRI) qiymətləndirməsi və “Smart” transformasiya üzrə əməkdaş
Sənaye
19 May , 2023 17:08
AzerGold və 4SİM əməkdaşlığa başlayıb

“AzerGold” QSC və İqtisadiyyat Nazirliyinin tabeliyində IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) arasında “Ağıllı Sənaye Hazırlığı İndeksi” (Smart Industry Readiness Index - SIRI) qiymətləndirməsi və “Smart” transformasiya üzrə əməkdaşlığa dair müqavilə imzalanıb.

Müqaviləni “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov və 4SİM-in İcraçı direktoru Tamerlan Tağıyev imzalayıblar.

Sənədə əsasən, 4SİM “AzerGold”un istehsalat müəssisəsində rəqəmsal hazırlığın ölçülməsi və rəqəmsallaşmanın sürətləndirilməsi məqsədi ilə məsləhət xidmətləri göstərəcək. Belə ki, Dünya İqtisadi Forumunın tövsiyə etdiyi və IV Sənaye İnqilabı üçün ən effektiv rəqəmsal hazırlıq qiymətləndirmə proqramlarından biri kimi qəbul edilən SIRI qiymətləndirilməsi metodunun tətbiqi ilə istehsalat və biznes proseslərində rəqəmsallaşma ilə bağlı real vəziyyət təhlil ediləcək, istehsalatda fəaliyyətin ən optimal texnoloji həllər vasitəsilə 2-3 ilə qədər dövrü əhatə edən dövr ərzində inkişafının təmin edilməsi üçün yol xəritəsi hazırlanacaq, prioritetləşdirilmiş layihələrin metodologiyası və digər təfərrüatları işlənib təqdim ediləcək.

İstehsal prosesinin daim optimallaşdırılması ilə yanaşı, işçilərin sağlamlığının qorunması, əməyin təhlükəsizliyinin təmin edilməsi və ətraf mühitin mühafizəsi QSC-nin əsas prioritetlərini təşkil edir. Bu məqsədlə bütün fəaliyyət istiqamətləri üzrə səmərəliliyin daha da artırılması üçün innovativ həllərin tətbiqində maraqlı olan “AzerGold” dağ-mədən sahəsində ən müasir texnologiyaları tətbiqini həyata keçirir və mütəmadi qaydada maddi-texniki bazasını tələblərə uyğun olaraq yeniləyir. Təsadüfi deyil ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi müəssisənin texnoloji innovasiya imkanlarının müəyyən edilməsi məqsədi ilə ölkə üzrə ilk innovasiya auditini “AzerGold”da həyata keçirib və şirkətin rəqəmsal transformasiya, innovativ həllərin tətbiqi, ekosistemin gücləndirilməsi sahəsində fəaliyyətini müsbət qiymətləndirib.

Son xəbərlər

Orphus sistemi