“AzerGold” 2019-cu il üçün hasilat proqnozunu açıqlayıb

“AzerGold” 2019-cu il üçün hasilat proqnozunu açıqlayıb Bakı. 1 fevral. REPORT.AZ/ “AzerGold” QSC 2019-cu il üçün nəzərdə hasilat proqnozunu açıqlayıb.
Sənaye
7044
1 Fevral , 2019 10:48
“AzerGold” 2019-cu il üçün hasilat proqnozunu açıqlayıb

Bakı. 1 fevral. REPORT.AZ/ “AzerGold” QSC 2019-cu il üçün nəzərdə hasilat proqnozunu açıqlayıb.

Şirkətdən “Report”a verilən məlumata görə, bu il ərzində “AzerGold” tərəfindən "Çovdar" yatağının yerüstü (oksid) istismar mərhələsi çərçivəsində hasilat planına uyğun olaraq 50 min unsiya qızıl və 87 min unsiya gümüşün hasil edilməsi nəzərdə tutulub ki, bu da 2018-ci ilin qızıl hasilatından 10%, gümüş hasilatından 13% çoxdur.

Bildirilib ki,  “AzerGold” dağ-mədən sənayesinin davamlı və dayanıqlı inkişafını təmin etmək, uzunmüddətli strateji hədəflərə nail olmaq üçün aparılan kəşfiyyat işləri ilə yanaşı, keçmişdə görülmüş tədqiqat və kəşfiyyat işləri sənədlərini tədqiq edir, onların beynəlxalq standartlara uyğun rəqəmsallaşdırılması, habelə iqtisadi səmərəliliyini qiymətləndirmək üçün müvafiq işlər aparır. Bu istiqamətdə görülən tədbirlər bu il də davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi