Yuxarı

“AzerGold” rekord qiymətə qızıl-gümüş satıb

​“AzerGold” növbəti irihəcmli ixracını həyata keçirib

“AzerGold” QSC koronavirus pandemiyası dönəmində bütün sahələr üzrə fəaliyyətini Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və təlimatlarına uyğun qaydada, fasiləsiz olaraq davam etdirir. 

"Report" xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, hasilat, geoloji kəşfiyyat, inşaat, eləcə də digər fəaliyyət sahələrində işlər plana uyğun, tam qrafik üzrə icra edilir.

“AzerGold” pandemiya ilə əlaqədar ölkədə müntəzəm uçuşlara qoyulan məhdudiyyətin davam etdirildiyi bir məqamda dünya bazarlarında qiymətli metalların kəskin qiymət artımını nəzərə alaraq ixrac üçün alternativ daşınmaya müraciət edib. Beləliklə, yerli hava daşıyıcı şirkətinin təklif etdiyi əlverişi şərtlər əsasında çarter reysi vasitəsilə həyata keçirilən ixrac nəticəsində Çovdar filiz emalı sahəsində istehsal edilmiş 36 ədəd qızıl-gümüş tərkibli xəlitə saflaşdırılma və satış məqsədi ilə İsveçrəyə göndərilib.

İxrac nəticəsində 6 769 unsiya qızıl, 15 758 unsiya gümüşün satışından ümumilikdə 12 165,755 min ABŞ dolları (20 681,784 min manat) vəsait ölkə iqtisadiyyatına cəlb edilib. Baş tutan ixrac əməliyyatı nəticəsində qızılın 1 unsiyası 1 756,8 ABŞ dolları (2 986,6 manat), gümüş isə 17,3 ABŞ dolları (29,5 manat) dəyərində satılıb. Bu, “AzerGold” QSC-nin fəaliyyəti dövründə ən yüksək hədd və nəticədə 1 unsiya üzrə bugünə qədər əldə edilmiş ən yüksək məbləğ hesab olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi