“AzerGold”un yeni şirkətinin nizamnamə kapitalı və rəhbəri açıqlanıb

“AzerGold”un yeni şirkətinin nizamnamə kapitalı və rəhbəri açıqlanıb “Azerblast” Daşkəsən rayonunun Çovdar kəndində, eyni adlı filiz emalı sahəsində qeydiyyatdan keçib
Sənaye
140
3 May , 2021 15:11
“AzerGold”un yeni şirkətinin nizamnamə kapitalı və rəhbəri açıqlanıb

“AzerGold” QSC-nin ötən ay “DM Servis” MMC (mülki partlayıcı maddələr və innovativ partlayış sistemlərinin istehsalı sahəsində dünya liderlərindən olan “Orica-Nitro” şirkətinin Azərbaycan üzrə rəsmi tərəfdaşı) ilə birlikdə yaratdığı “Azerblast” MMC Daşkəsən rayonunun Çovdar kəndində, eyni adlı filiz emalı sahəsində qeydiyyatdan keçib.

“Report” xəbər verir ki, yeni şirkətin nizamnamə kapitalı 4 milyon manat təşkil edir.

Bu vəsaitin 2,04 milyon manatını və yaxud 51%-ni “AzerGold”, 1,96 milyon manatını və yaxud 49%-ni isə “DM Servis” qoyub.

“Azerblast”ın direktoru isə Rizvan Həmid oğlu Baxşıyevdir.

Son xəbərlər

Orphus sistemi