Yuxarı
    Bağlamaq

    “AzerGold” “Çovdar” qızıl yatağının istismarından indiyə qədər 230 mln. manat gəlir əldə edib

    Dinlə

    Bakı. 7 dekabr. REPORT.AZ/ Azərbaycanın "Çovdar" qızıl yatağının istismar müddəti artırılacaq.

    “Report” xəbər verir ki, bu barədə yatağın istismarını həyata keçirən “AzerGold” QSC-nin sədri Zakir İbrahimov məlumat verib.

    “Mövcud infrastrukturdan istifadə etməklə əlavə qızıl və gümüş hasil edəcəyik. Bu isə məhsullarımızın maya dəyərinin azalmasına gətirib çıxaracaq. “Çovdar” qızıl yatağının istismarının I mərhələsində 450 mln. manat məbləğində gəlir əldə edilməlidir. 2016-2018-ci illərdə bunun 230 mln. manatı artıq əldə edilib. II mərhələdə isə gəlir 500 mln. manat təşkil edəcək”, - deyə o qeyd edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi