“AzerGold”ötən il 10,5 mln. manat vergi ödəyib

“AzerGold”ötən il 10,5 mln. manat vergi ödəyib Bakı. 1 fevral. REPORT.AZ/ Hazırda “AzerGold” QSC “Çovdar” yatağında hasilat işlərini uğurla davam etdirir.
Sənaye
1 Fevral , 2019 11:15
“AzerGold”ötən il 10,5 mln. manat vergi ödəyib

Bakı. 1 fevral. REPORT.AZ/ Hazırda “AzerGold” QSC “Çovdar” yatağında hasilat işlərini uğurla davam etdirir.

Şirkətdən “Report”a verilən məlumata görə, bu yatağın uğurlu istismarı nəticəsində 319 daimi iş yeri açılıb, 2018-ci il üzrə 10 523 220 manat həcmində vergi ödənilib.

Məlumata görə, bu il “Çovdar” yatağının yeraltı filiz qatının istismarına dair texniki-iqtisadi əsaslandırma sənədinin yekunlaşması nəzərdə tutulub. Bununla yanaşı, “Filizçay” yatağında, “Ağyoxuş” və “Tülallar” qızıl təzahürləri sahələrində, "Ortakənd-Xanağa" sahəsində buruq-qazma və müvafiq tədqiqat işlərinin aparılması prioritet vəzifələr arasındadır.

Bildirilib ki, Cəmiyyət tərəfindən icrası nəzərdə tutulan işlər qeyri-neft sektorunun və regionların sosial-iqtisadi inkişafına güclü təkan verməklə yanaşı, dağ-mədən sahəsinin uzunmüddətli kompleks inkişafı üçün münbit şərait yaradacaq. 

Son xəbərlər

Orphus sistemi