“Azərboru” səhmdarlarına hesabat verəcək

“Azərboru” səhmdarlarına hesabat verəcək Müəssisənin əsas vəsaitlərinin və mal-materiallarının qismən silinməsi gözlənilir
Sənaye
4 May , 2017 09:07
“Azərboru” səhmdarlarına hesabat verəcək

Bakı. 4 may. REPORT.AZ/ İyunun 30-da, saat 11:00-da “Azərboru” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə müəssisənin Müşahidə Şurasına istinadən rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, yığıncaq Cəmiyyətin yerləşdiyi Sumqayıt şəhəri, Sülh küçəsi, 1 ünvanında olacaq.

Yığıncağın gündəliyinə müəssisənin 2016-cı il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqi edilməsi, əsas vəsaitlərin və mal-materialların qismən silinməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, “Azərboru” ASC ötən əsrin 50-ci illərindən fəaliyyət göstərən Azərbaycan Boruyayma Zavodunun bazasında, 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 3517348 manatdır. 

Son xəbərlər

Orphus sistemi