Yuxarı
    Bağlamaq

    Azərbaycanın tütün məmulatları istehsalçısı Sumqayıt Kimya Sənaye Parkına 30 mln. manat pul qoya bilər

    Bakı. 15 dekabr. REPORT.AZ/ Bir qədər əvvəl Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu almış və tütün istehsalı ilə məşğul olacaq “Tabaterra” QSC Parka 30 mln. manat pul qoya bilər.

    “Report”un əldə etdiyi məlumata görə, bu məqsədlə şirkətin nizamnamə kapitalı 6 min dəfə artırılacaq.

    Xatırladaq ki, Vergilər Nazirliyi “Tabaterra”nı bu il sentyabrın 11-də dövlət qeydiyyatına alıb. Şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, Sülh küçəsi,18 (Xovlu İpək Fabrikinin ərazisi), nizamnamə kapitalı 5 min manat, qanuni təmsilçisi isə Elman Cavanşirdir.

    “Tabaterra” beynəlxalq standartlara uyğun siqaret istehsal edəcək. Şirkət ildə 7 mlrd. ədəd filtrli siqaret istehsal edəcək müəssisə inşa etməyi planlaşdırır. Üç növdə tütün məmulatları istehsal edəcək müəssisədə 200 nəfərin daimi iş yeri ilə təmin olunması nəzərdə tutulur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi