Azərbaycanın oksigen istehsalçısının səhmdarlarının yığıncağı keçiriləcək

Azərbaycanın oksigen istehsalçısının səhmdarlarının yığıncağı keçiriləcək Söhbət “Azəroksigen” ASC-dən gedir
Sənaye
11 Aprel , 2017 17:53
Azərbaycanın oksigen istehsalçısının səhmdarlarının yığıncağı keçiriləcək

Bakı. 11 aprel. REPORT.AZ/ İyunun 3-də, saat 12:00-da “Azəroksigen” ASC-nin səhmdarlarının illik ­ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Bildirilib ki, yığıncaq Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, 18 ünvanında olacaq.

Yığıncağın gündəliyi açıqlanmayıb.

Xatırladaq ki, “Azəroksigen” ASC 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 349 970 manatdır. 

Son xəbərlər

Orphus sistemi