Yuxarı
    Bağlamaq

    Azərbaycanın oksigen istehsalçısı səhmdarlarına hesabat verəcək

    Söhbət “Baku Oxygen Company” ASC-dən gedir

    Bakı. 4 may. REPORT.AZ/ İyunun 20-də, saat 10:00-da “Baku Oxygen Company” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

    “Report” xəbər verir ki, bu barədə müəssisənin baş direktoruna istinadən rəsmi mətbuatda məlumat verilib.

    Məlumatda deyilir ki, yığıncaq Cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, I Zabrat qəsəbəsi, Babək küçəsi, 55 ünvanında olacaq.

    Yığıncağın gündəliyinə müəssisənin 2016-cı il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiq edilməsi məsələsi daxildir.

    Xatırladaq ki, “Baku Oxygen Company” ASC ötən əsrin 80-ci illərində tikilərək istifadəyə verilmiş, əsasən oksigen, azot, arqon, texniki hidrogen istehsalı ilə məşğul olan zavodun bazasında 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 876 388 manatdır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi